Azərbaycan “Tokio-2020”yə daha bir lisenziya qazanıb
Turnirdə 74 kiloqram çəki dərəcəsində çıxış edən H.Hacıyev ilk görüşdə fransız rəqibini "tuşe" ilə mübarizədən kənarlaşdırıb. Millimizin üzvü dörddəbir finalda əzmkarlıq nümayiş etdirərək son saniyələrdə həyata keçirdiyi uğurlu fəndlə Macarıstan təmsilçisini üstələyib və yarımfinala adlayıb. Bu mərhələdə Rumıniya idmançısına da gücünü göstərən H.Hacıyev həm yarışın finalına, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Final görüşü martın 19-da keçiriləcək.
Azvision.az
Teqlər: HacımuradHacıyev