“Böyük dəbilqə”: Cüdoçumuz medal qazandı

   “Böyük dəbilqə”:    Cüdoçumuz medal qazandı
  07 Mart 2021    Oxunub:4164
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində daha bir cüdoçumuz bürünc medala sahib olub.
Azvision.az xəbər verir ki, turnirin üçüncü – sonuncu günündə Məmmədəli Mehdiyev (90 kq) üçüncü yer uğrunda görüşdə Özbəkistan təmsilçisi Şermuxammad Jandreyevi məğlub edib.

Bununla da hazırda komandamızın hesabında 2 bürünc medal var. Ötən gün Rüstəm Orucov (73 kiloqram) da millimizin aktivinə bürünc medal yazdırıb.

Dünyanın 71 ölkəsindən 500-ə yaxın cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 12 idmançı ilə qatılıb.

Azvision.az


Teqlər: Cüdo   Yarış  





Xəbər lenti