Dövlət Gömrük Komitəsindən
Azvision.az -a verilən məlumata görə, əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinə əvvəlcədən daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində, Bakı şəhəri Nəsimi rayonu ərazisində Azərbaycan Respublikası vətəndaşı idarə etdiyi "Kia Sorento" markalı nəqliyyat vasitəsində olan siqaretləri şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerində 5 ədəd karton qutuların içərisində Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan 1470 qutu "Parliament Silver Blue", 1030 qutu "Parliament Agua Blue" markalı siqaretlər həmçinin, avtomobilin arxa yük yerinin döşəməsinin altında olan zavod konstruksiyasında nəzərdə tutulmuyan boşluqdan 990 qutu "Marlboro Touch", 20 qutu "Sobranıe superslims less smoke smell", 4 qutu "Marlboro touch less smell" markalı siqaretlər aşkar edilib.
Avtomobilin sürücüsü şifahi sorğu-sual zamanı Abşeron rayonu, Masazır qəsəbəsində qohumunun yaşadığı fərdi yaşayış evində əlavə olaraq Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan siqaretləri saxladığını bildirib. Dərhal əməliyyat tədbirləri davam etdirilərək qeyd edilən əraziyə baxış keçirilib, daha 8 ədəd karton qutularda Azərbaycan Respublikasının müvafiq aksiz markası ilə markalanmayan 1000 qutu "Parliament Silver Blue", 500 qutu "Parliament Agua Blue", 1980 qutu "Marlboro touch" və 500 qutu "Marlboro double mix" markalı siqaretlər aşkar edilib.
Bununla da, hüquqpozma predmeti olaraq, ümumilikdə 7494 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb.
Azvision.az