“Azərenerji” rəhbəri İsrail səfiri ilə görüşüb

“Azərenerji” rəhbəri İsrail səfiri ilə görüşüb
  03 Mart 2021    Oxunub:2479
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İsrailin Azərbaycandakı səfiri Corc Dikin görüşü olub.
ASC-dən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan və İsrailin enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri barədə müzakirələr aparılıb.

İsrail səfirinin 44 günlük Vətən Müharibəsi zamanı, daha dəqiqi ötən ilin 23 oktyabr tarixində erməni terrorçuları tərəfindən törədilmiş raket hücumlarının fəsadları ilə tanış olmaq məqsədi ilə Gəncə və Mingəçevir şəhərlərinə səfər etməsi, o cümlədən ermənilərin hədəfə aldığı Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan İES”də olması görüş zamanı xüsusi xatırlanıb.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən enerji layihələri, o cümlədən xarici investorların layihələrə maraq göstərməsi ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: “Azərenerji”   Rəhbər   Görüş   Səfir  





Xəbər lenti