Neft bahalaşıb

Neft bahalaşıb
  03 Mart 2021    Oxunub:1601
Dünyada "qara qızıl"ın qiyməti bahalaşıb.
Azvision.az -ın məlumatına görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,46% artaraq 1 barelə görə 62,99 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,38% artaraq 59,98 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,41 dollar ucuzlaşaraq 64,25 dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti