Tələbələrimizin Londonda mitinqi - FOTO

Tələbələrimizin Londonda mitinqi - FOTO
  23 Fevral 2014    Oxunub:1236
Mitinq çərçivəsində soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsini əks etdirən broşürlər paylanılıb
AzVision.az xəbər verir ki, Londonda təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) dəstəyi ilə Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Londonda mitinq keçirilib.

Bir neçə saat davam edən mitinqdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələr, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əllərində Xocalı soyqırımı zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan mitinq iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar etmiş, “Xocalıya ədalət!”, “Rədd olsun erməni terrorizmi!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Sarkisyan terrorçudur”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndiriblər.

Mitinq çərçivəsində soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsini əks etdirən broşürlər paylanılıb.

Aksiyanın gənc fəalları Azər Əsgərov, Ramazan Abbaszadə və Mərdan Həsənzadə fikirlərini AzərTAc-ın müxbiri ilə bölüşmüş, hər il Londonda və dünyanın müxtəlif yerlərində keçirilən aksiyaların əhəmiyyəti vurğulanmışdır. Azərbaycanlı tələbələr bildirmişlər ki, dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan həmvətənlərimiz, xüsusən də gənclər ölkəmizə qarşı bu ədalətsizliyi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməməlidirlər. (ANS)


Teqlər:  





Xəbər lenti