Turizmin bərpası üçün əməkdaşlıq genişləndirilir
Regionların turizm potensialının üzə çıxarılmasında blogerlərin rolunu yüksək qiymətləndirən Azərbaycan Turzm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev, turizim şirkətləri ilə blogerlərin birgə fəaliyyətinin ölkə turizminin inkişafı və təbliği, eləcə də yeni məhsulların və istiqamətlərin yaradılması baxımından müsbət dəyişikliklər yarada biləcəyini deyib.
Görüşdə çıxış edən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Azər Qərib, dünya turizminə böyük zərbə vuran COVİD-19 pandemiyası səbəbindən digər turizm subyektləri kimi blogerlərin də uzun müddət fəaliyyət göstərmədiyini diqqətə çatdırıb.
Assosiasiyanın post pandemiya dövründə ATAA ilə birgə əməkdaşlıq edərək ölkə turizminin bərpasında yaxından iştirak etməkdə maraqlı olduğunu deyən Azər Qərib, daxili turizmin təbliği baxımından blogerlərin fəaliyyətinin yenidən bərpa olunmasının vacib olduğunu bildirib.
Görüş çərçivəsində Azərbaycan Turzm Agentlikləri Assosiasiyası ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığın qurulmasına dair anlaşma sazişi imzalanıb.
Azvision.az
Teqlər: Turizm