Azərbaycan nefti ucuzlaşdı

  02 Mart 2021    Oxunub : 1037
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşır.
Azvision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar ucuzlaşaraq 65,66 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az

Teqlər: Neft   Dollar