“Fənərbaxça” “Trabzonspor”u məğlub edib

  28 Fevral 2021    Oxunub : 2245
“Fənərbaxça” “Trabzonspor”u məğlub edib
Futbol üzrə Türkiyə Super Liqasında 27-ci tura yekun vurulub.
Azvision.az xəbər verir ki, turun son matçında "Fənərbaxça" klubu səfərdə "Trabzonspor"un qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüş İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində xallarının sayını 54-ə yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, "Trabzonspor" isə 48 xalla 4-cü sıradadır.

Qeyd edək ki, turnir cədvəlinə 57 xalla "Qalatasaray" liderlik edir, "Beşiktaş" isə 54 xalla 2-cidir.

Azvision.az

Teqlər: Fənərbaxça   Türkiyə