“Xocalı şəhidlərinin qanı yerdə qalmadı” - Əli Əhmədov

  26 Fevral 2021    Oxunub : 1459
 “Xocalı şəhidlərinin qanı yerdə qalmadı” -  Əli Əhmədov
44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarını dərin ehtiramla yad edir.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, Xocalı faciəsində şəhid olan soydaşlarımızın qanı yerdə qalmadı:

“Bütün Azərbaycan torpaqları uğrunda şəhid olan vətəndaşlarımızın qisası alındı. Həm Qarabağ işğaldan azad olundu, həm də erməni faşistlərinə layiqli dərs verildi. Eyni zamanda bütün dünya Xocalı qətliamı ilə erməni faşistlərinin həqiqi üzünü gördü.

Xocalı bizim qan yaddaşımızdır. Biz bütün dünyaya Xocalı soyqrımı ilə erməni faşistlərinin əsl üzünü ifşa edəcəyik. Biz Xocalı faciəsini heç vaxt unutmayacağıq. Bu bizim qarşımızda duran əsas məsələlərdən biridir”.

Azvision.az

Teqlər: Xocalı-faciəsi   Vətən-müharibəsi