“Azəriqaz”dan açıqlama: “Çalışırıq problem yaranmasın”

  “Azəriqaz”dan açıqlama:  “Çalışırıq problem yaranmasın”
  24 Fevral 2021    Oxunub:2120
Ölkədə müşahidə edilən qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar mavi yanacağın qəbulunda artım var. Ötən günün məlumatlarına görə, sutkalıq qaz qəbulu keçən ilin eyni dövrü ilə müqayisədə 6 milyon kubmetr artıb.
Bu barədə Azvision.az -a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib. Onun sözlərinə görə, fevralın 23-də sutkalıq qaz qəbulu 32 milyon kubmetrə bərabər olub.

""Azəriqaz" İstehsalat Birliyi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. "104" və "185" Çağrı Mərkəzləri zəngləri qəbul edir. 077 300 4004 saylı whatsapp nömrəmizə abonentlər görüntü və səsli mesajları göndərə bilər. Çalışırıq ki, qaz təchizatında hər hansı problem yaranmasın. Bəzi yerlərdən daxil olan müraciətlərə gün ərzində baxılıb, həll edilir. Xəzər, Sabunçu, Binəqədi rayonlarında qazın təzyiqinin aşağı olması barədə müraciətlər edilib. Biz bunu dərhal tənzimləməyə çalışmışıq.

"Azəriqaz"ın baş direktoru Ruslan Əliyev sosial şəbəkədə hesabı üzərindən canlı yayımda abonentlərlə təmas yaradır. Dünən saat 23:00-da belə yayım olub. Bu gün də axşam saatlarında canlı yayımın təşkil olunması gözlənilir. Bütün struktur rəhbərləri həmin yayımı izləməklə hər biri ona aid olan istiqamət üzrə qaldırılan məsələnin dərhal icraata yönəldilməsinə çalışır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Azəriqaz   Qar  





Xəbər lenti