OPEC-in tədbiri təxirə salındı

 OPEC-in tədbiri təxirə salındı
  24 Fevral 2021    Oxunub:1758
OPEC-in koronavirus pandemiyası səbəbindən 2021-ci ilin iyununda keçirilməli olan 8-ci beynəlxalq seminarı 2022-ci ilin yayına təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə təşkilat açıqlama yayıb.

Məlumata görə, əvvəlcə 16-17 iyun 2021-c il tarixinə planlaşdırılan seminar 29-30 iyun 2022-də baş tutacaq. Tədbir Vyanada keçiriləcək.

Təxirə salınmanın səbəbi bir çox ölkədə koronavirusa görə tətbiq olunan səyahət məhdudiyyətlərinin davam etməsi və təcridetmə tədbirlərinin böyük beynəlxalq toplantıların planlaşdırılmasında yaratdığı çətinliklərdir.

Seminarın iştirakçıları adətən OPEC üzvü olan ölkələrin, əməkdaşlıq bəyannaməsində iştirak edən dövlətlərin (OPEC + sazişi) və digər neft istehsal edən ölkələrin nazirləri olur. Bundan əlavə, tədbirdə beynəlxalq təşkilatların, neft şirkətlərinin rəhbərləri ilə yanaşı alimlər, analitiklər və digər sahələr üzə mütəxəssislər də iştirak edirlər.

"Bu, asan bir qərar olmasa da, prioritetimiz bütün iştirakçıların təhlükəsizliyi və sağlamlığıdır. İndiki nailiyyətlərimizə əsaslanaraq, 2022-ci ildə daha da uğurlu bir seminara ev sahibliyi etməyi gözləyirik", - deyə OPEC-in Baş katibi Məhəmməd Barkindo bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OPEC  





Xəbər lenti