Çempionlar Liqasının finalı Belarusdan alındı

Çempionlar Liqasının finalı Belarusdan alındı
  24 Fevral 2021    Oxunub:4273
Futzal üzrə Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün final mərhələsi Belarusdan alınaraq Xorvatiyaya verilib.
Azvision.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Bu addım Belarusdakı epidemioloji vəziyyət və ölkəyə mövcud səyahət məhdudiyyətləri nəzərə alınaraq atılıb.

Qeyd edək ki, Çempionlar Liqasının final mərhələsi aprelin 28-dən mayın 3-dək Zaqrebdə təşkil olunacaq.

Azvision.az


Teqlər: ÇempionlarLiqası  





Xəbər lenti