“Bəzi otellər bir neçə dəfə cərimələnib” - Aparat rəhbəri

“Bəzi otellər bir neçə dəfə cərimələnib” -  Aparat rəhbəri
  23 Fevral 2021    Oxunub:2141
Bu günə qədər otellərdə qaydaların pozulması ilə bağlı 213 halda cərimə tətbiq edilib. Bu, 213 otel demək deyil. Çünki bəzi otellər bir neçə dəfə cərimələnib.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. O bildirib ki, proses gündəlik olaraq davam edir.

“Bütün otellər təlimlərə cəlb edilir. Hər bir oteldə məsul şəxslər təyin olunur. Elə bil otel yoxdur ki, təlimə cəlb edilməsin. Otellərdə monitorinq zamanı cərimə halları olsa da, ciddi nöqsanlar aşkarlanmayıb. Otellərdə vəziyyət qənaətbəxşdir. Onlar qaydalara əməl etməyə çalışırlar”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Otel   Cərimə  





Xəbər lenti