Türk Şurasının energetika nazirləri görüşəcək

 Türk Şurasının energetika nazirləri görüşəcək
  23 Fevral 2021    Oxunub:1568
Fevralın 24-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) energetika nazirlərinin videokonfrans formatında görüşü olacaq.
Azvision.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türk Şurasının baş katibi Bağdad Amreyev, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Nurlan Noqayev, Qırğızıstanın energetika və sənaye naziri Kubanıçbek Turdubayev, Özbəkistanın energetika naziri Əlişir Sultanov və Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyinin enerji siyasəti üzrə dövlət naziri Attila Steiner iştirak edəcəklər.

Nazirlər Türk Şurası ölkələri arasında enerji sahəsində əməkdaşlığı müzakirə edəcək, onun inkişaf etdirilməsi, şaxələndirilməsi və enerji əlaqələrinin yaxşılaşdırılması imkanlarını nəzərdən keçirəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Enerji   Nazir  





Xəbər lenti