Azvision.az xəbər verir ki, qüvvədə olan Qaydaya əsasən, borcalanın (borcalanların) muzdlu işlə əlaqədar aylıq məcmu gəliri hesablanarkən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, mükafatlar), Əmək Məcəlləsi ilə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı (o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil olmaqla) nəzərə alınıb.
Dəyişikliyə əsasən, bundan sonra borcalanın (borcalanların) muzdlu işlə əlaqədar aylıq məcmu gəliri hesablanarkən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, mükafatlar)” sözləri “əmək müqaviləsi (kontraktı) ilə müəyyən edilmiş əmək funksiyasının yerinə yetirilməsinə görə işəgötürən tərəfindən əməyin ödənilməsi sistemləri üzrə işçiyə ödənilən tarif (vəzifə) maaşı, ona edilən əlavələr, mükafatlar və maddi həvəsləndirmənin digər formaları üzrə ödənişlər, Əmək Məcəlləsi ilə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı (o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil olmaqla) nəzərə alınacaq.
Eyni zamanda muzdlu işdən əldə edilən gəlirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürülən məlumatlar əsasında müəyyən ediləcək.
Azvision.az