Naxçıvanda orta aylıq əməkhaqqı artıb

  23 Fevral 2021    Oxunub : 850
Naxçıvanda orta aylıq əməkhaqqı artıb
2020-ci ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 535,8 manata çatdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu göstərici 2019-cu illə müqayisədə 10,5 faiz çoxdur.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Naxçıvan   Orta-aylıq   Əməkhaqqı