"Brent" neftinin qiyməti 65 dolları ötüb

"Brent" neftinin qiyməti 65 dolları ötüb
  23 Fevral 2021    Oxunub:1493
Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.
Azvision.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 1,58% artaraq 1 barelə görə 65,38 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,57% artaraq 62,67 dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft   Brent  





Xəbər lenti