Yeni komanda qələbə ilə başladı

Yeni komanda qələbə ilə başladı
  22 Fevral 2021    Oxunub:3563
Beyləqan Olimpia idman kompleksinin stadionunda Mil (Beyləqan) və yeni yaradılmış Neftçi İK (Ağsu) komandaları yoxlama görüşü keçiriblər.
Gərgin keçən oyunda 3-0 hesabı ilə Neftçi İK (Ağsu) komandası qələbə qazanıb. Hər 3 qolu Elmir Səmədzadə vurub.

Oyun öncəsi hər iki komanda Şəhidlərimizin məzarını ziyarət ediblər. Komandanin rəhbəri Elnur Alıyevin dediyinə görə, yeni yaranmasına baxmayaraq, kollektivdə qələbə əzmi və ruh yüksəkliyi var. "Məqsədimiz Ağsunu Premyer-liqada təmsil etməkdir",- deyə o, əlavə edib.


Teqlər: Futbol  





Xəbər lenti