Tələbələr direktoru geri qaytarmaq istəyir

Tələbələr direktoru geri qaytarmaq istəyir
  20 Fevral 2014    Oxunub:2031
Artıq bir neçə gündür ki, Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri vəzifəsindən uzaqlaşdırılan direktoru geri qaytarmaq üçün kampaniya aparırlar. Onlar Facebook-da `Şaban Şəfiyevi geri qaytaraq` adlı səhifə də yaradıblar.
Tələbələr direktordan razılıqlarını bildirirlər, oxuduqları təhsil müəssisəsini onsuz təsəvvür edə bilmədiklərini qeyd edirlər. Tələbələr Şaban Şəfiyevin işinin başına qayıtması üçün etiraz aksiyalarını sakit şəraitdə internet üzərindən həyata keçirməyi üstün tutublar.

Onlar bildirirlər ki, Şaban Şəfiyev kollecdə tələbə-müəllim münasibətlərinin tənzimlənməsində, uzaq rayonlardan gəlib burda təhsil alan tələbələrin maddi və mənəvi problemlərinin qayğısına qalmaqda, onların istək və arzularının nəzərə alınmasında əvəzedilməz pedaqoqdur. `İndi kollec rəhbərinin aramızda olmaması bizdə ruh düşkünlüyü yaradıb`,- deyə tələbələr qeyd edirlər.

Məlumat üçün bildirək ki, LDHK-nın direktoru `Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə görə` 14 fevral 2014-cü ildə tutduğu vəzifədən azad edilib.


Teqlər:  





Xəbər lenti