Ölkə kuboku: “Səbail” növbəti mərhələyə yüksəldi

 Ölkə kuboku: “Səbail” növbəti mərhələyə yüksəldi
  24 Yanvar 2021    Oxunub:3359
Azərbaycan kubokunda 2020/21 mövsümünə start verilib.
Azvision.az xəbər verir ki, turnirin açılış oyunu Bakıda keçirilib.

İlk görüşdə “Səbail” klubu “ASCO Arena”da birinci divizion komandası “Zaqatala”nı sınağa çəkib. Qarşılaşma paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsilə yekunlaşıb.

“Səbail” klubu növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu (14:00. “Turan Tovuz” – “Qəbələ”, 16:00. “Qaradağ Lökbatan” – “Zirə”, 17:00. “Sabah” – “Kəpəz”) yanvarın 25-də keçiriləcək.

Azvision.az


Teqlər: Kubok   Futbol   Səbail  





Xəbər lenti