Dünya çempionu "Real"dan ayrılır

Dünya çempionu "Real"dan ayrılır
  23 Yanvar 2021    Oxunub:2599
İspaniyanın "Real Madrid" klubu futbolçusu Rafael Varanla yollarını ayıra bilər.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi yayda Madrid təmsilçisi ilə vidalaşmaq niyyətindədir.

Fransalı oyunçunun "kral klubu" ilə müqaviləsi 2022-ci ilin iyulunda başa çatır. Varan bu yay başqa komandaya keçsə, paytaxt klubuna əlavə gəlir gətirə bilər.

Qeyd edək ki, Rafael Varan 2011-ci ildən "Real Madrid"in formasını geyinir. O, cari mövsüm 24 matçda meydana çıxıb. Müdafiəçi 2018-ci ildə Fransa yığması ilə Rusiyada keçirilmiş dünya çempionatının qalib olub.

Azvision.az


Teqlər: RealMadrid  





Xəbər lenti