Millimiz oyunlarını Belçikada keçirəcək

Millimiz oyunlarını Belçikada keçirəcək
  23 Yanvar 2021    Oxunub:2372
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.
Azvision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyunları Belçikada təşkil olunacaq.


Qarşılaşmalar 5 - 12 oktyabrda gerçəkləşəcək. Qrupda meydan sahibləri ilə yanaşı Norveç və Lüksemburq komandaları da mübarizə aparacaq.

Azvision.az


Teqlər: Milli   AFFA  





Xəbər lenti