5 ildən sonra Yerdə istiləşmə başlayacaq

5 ildən sonra Yerdə istiləşmə başlayacaq
  17 Fevral 2014    Oxunub:5405
Alimlərin fikrincə, son 10 ildə qlobal istiləşmə templərinin zəifləməsi Sakit okeanda əsən güclü küləklər səbəbindən baş verib. Bu isə o deməkdir ki, külək zəifləyən kimi temperatur yenidən yüksələcək.
Atmosferə atılan zərərli qazların çoxalmasına baxmayaraq Yer səthində 2001-ci ildən başlayaraq orta temperatur az-çox stabil qalıb. Alimlər bu hadisənin izahı üçün müxtəlif fikirlər səsləndirirlər.

Əsas səbəb kimi Sakit okeanın şərqində temperaturun aşağı düşməsidir. Lakin okeanın bu hissəsinin isinməmə səbəbləri məlum deyil. Yeni hipotezə görə, okean üzərindən əsən küləyin sürəti buna səbəb ola bilər. Güclü anomal küləklər planetin 0,1-0,2 dərəcə soyumasına səbəb olur. Bu isə qlobal istiləşmənin templərin zəiflədir.

Son 20 il ərzində Sakit okeandan qərb istiqamətinə əsən passat küləyi xeyli güclənib və onlardan ən güclü azı 2 dəfə sürətini artırıb. Bu küləklərin gücü qlobal istiləşmə proseslərini əks etdirən bütün modellərdən daha yüksəkdir.

Avstraliyanın Yeni Cənubi Uels Universitetinin alimləri passat küləklərini gücünü kompüter modelində əks etdiriblər.
Aşkar olunub ki, 5 il ərzindəki passat küləklər okean axınını dəyişməyə və isti suları okeanın dərinliklərinə atmağa qadirdir. Bunun sayəsində, biz okean səthinin soyuqlaşmasını və paralel olaraq qlobal istiləşmənin zəiflədiyini görürük.

Beləliklə, passartlar planetin həddən artıq istiləşməsini ləngidir.
Təəssüf ki, bu prosesin əks tərəfləri də var. İsti sular heç yana getmir və okeanın təxminən 125 metr dərinliyində toplanır. Alimlər ehtimal edirlər ki, güclü küləklər əvvəl-axır zəifləyəcək və isti sular atmosferi istiləndirəcək.

Ehtimal olunur ki, güclü küləklər 5-6 ildən sonra zəifləyəcək və planet yenidən isinəcək.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti