"Qarabağ", "Neftçi" və "Zirə"dən qələbə

"Qarabağ", "Neftçi" və "Zirə"dən qələbə
  22 Yanvar 2021    Oxunub:3550
Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.
Azvision.az xəbər verir ki, mövsümün ikinci hissəsinə 14-cü turun oyunları ilə start verilib.

İlk matç günündə üç qarşılaşma keçirilib. Lider “Neftçi” “Səbail”in qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. "Zirə” isə evdə “Qəbələ” ilə üz-üzə gəlib və rəqibini 2:0 hesabı ilə məğlub edib.

Günün son oyununda “Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

Azvision.az



Teqlər: “Neftçi”   "Zirə”   “Qarabağ”  





Xəbər lenti