Messi iki oyunluq cəzalandırıldı

  19 Yanvar 2021    Oxunub : 2751
Messi iki oyunluq cəzalandırıldı
İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messinin cəzası müəyyənləşib.
Azvision.az xəbər verir ki, 34 yaşlı hücumçu 2 oyunluq diskvalifikasiya edilib.

Argentinalı forvard İspaniya kuboku yarışlarında “Kornella” və La Liqada “Elçe” ilə matçları buraxacaq. Qarşılaşmalar müvafiq olaraq yanvarın 21-də və 24-də keçiriləcək.

Qeyd edək ki, Lionel Messi ölkə superkubokunun finalında “Atletik”in oyunçusu Asyer Vilyalibreni vurub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.

Azvision.az

Teqlər: Messi