Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı
  28 Dekabr 2020    Oxunub:1227
Türkiyədə son sutka ərzində daha 254 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 14 205 yeni yoluxma qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 19 878, virusa yoluxanlar isə 2 147 578 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 015 230 pasiyent (son sutkada 21 196 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti