Çin Britaniyaya uçuşlarını dayandırır

Çin Britaniyaya uçuşlarını dayandırır
  28 Dekabr 2020    Oxunub:1053
Çin hökuməti Böyük Britaniyada koronavirusun yeni ştammının aşkar edilməsi səbəbindən 28 dekabrdan etibarən bu ölkə ilə sərnişin uçuşlarını dayandıracaq.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, qərar müvəqqəti xarakter daşıyır və 10 yanvar tarixinədək qüvvədə olacaq.

Bundan əlavə, diqqətə çatdırılıb ki, uçuş qadağası həm Çin, həm də xarici aviaşirkətlərə aiddir.

Azvision.az


Teqlər: Çin  





Xəbər lenti