Dəhşətli qəzada ölənlərin sayı 60-a çatdı - YENİLƏNİB

Dəhşətli qəzada ölənlərin sayı 60-a çatdı -  YENİLƏNİB
  28 Dekabr 2020    Oxunub:3103
Kamerunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı "Avenir du Noun" nəqliyyat şirkətinə məxsus avtobusda 70 sərnişin olub.

Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Ölü sayının artacağı istisna edilmir.

***
Kamerunda avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 37 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza gecə saatlarında baş verib.

Məlumata görə, paytaxt Yaunde istiqamətində hərəkət edən avtobusda 60 nəfər olub. Sərnişinlərin əksəriyyəti Yeni ili qarşılamaq üçün qohumlarının yanına gedirmişlər.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Ölü sayının artacağı istisna olunmur.

Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti