“Ərdoğanla Putinin şəxsi münasibəti mübahisələri həll etməyə imkan verir”

 “Ərdoğanla Putinin şəxsi münasibəti mübahisələri həll etməyə imkan verir”
  27 Dekabr 2020    Oxunub:1213
Rusiya və Türkiyə prezidentləri arasındakı şəxsi qarşılıqlı və konstruktiv münasibətlər mübahisəli vəziyyətlərdə harmonik həllər tapmağa imkan verir".
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Hər iki ölkənin başında bir-birilərini söz sahibi və fəaliyyət adamı hesab edən liderlər dayanır. Bu isə ona zəmanət verir ki, fikir ayrılığı ortaya çıxsa və ya maraqlar toqquşarsa, onlar arasındakı konstruktiv münasibət vəziyyətdən ahəngdar çıxmağınıza imkan verəcək".

Peskov Rusiya ilə Türkiyənin regionda təhlükəsizliyə və sabitliyə əhəmiyyətli qatqısı olan böyük geosiyasi oyunçular olduğunu sözlərinə əlavə edib.

Şahan Rəhimli
Azvision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti