Putin nə vaxt peyvənd olunacaq?

 Putin nə vaxt peyvənd olunacaq?
  27 Dekabr 2020    Oxunub:1068
"Rusiya Prezidenti Vladimir Putin yaxın gələcəkdə peyvənd olunmasından danışacaq".
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"O, (Putin-red) bunu mütləq edəcəyini deyib. Bildirib ki, peyvənd olunacağı ilə bağlı qərar verib və bütün rəsmiyyətin bitməsini gözləyir",- deyə Peskov "Rossiya 1" telekanalının efirində bildirib.

Qeyd edək ki, bundan əvvəl Putin mümkün olduğu təqdirdə ən qısa müddətdə mütləq peyvənd olunacağını bəyan etmişdi.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Putin   Peyvənd  





Xəbər lenti