İranda daha 119 nəfər pandemiyanın qurbanı oldu

İranda daha 119 nəfər pandemiyanın qurbanı oldu
  27 Dekabr 2020    Oxunub:1199
İranda son sutka ərzində 119 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 54 693 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 5500 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxmaların ümumi sayı 120 0465-ə yüksəlib.

Hazırda 5500 nəfərin ağır vəziyyətdə olduğu, 95 1860 nəfərin isə xəstəlikdən sağaldığı qeyd olunub.

Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti