Türkiyədə əsgər qar uçqunu altında qalaraq ölüb

Türkiyədə əsgər qar uçqunu altında qalaraq ölüb
  27 Dekabr 2020    Oxunub:1083
Türkiyənin Hakkari bölgəsinin Şemdinli rayonunda qar uçqunu altında qalan iki əsgərdən biri həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, güclü qar Şemdinlidə yerləşən hərbi bazanın yolunun bağlanmasına səbəb olub. Yolun açılması zamanı iki əsgər qar uçqunu altında qalıb. Əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb, digər əsgərin axtarışı davam edir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   Uçqun   qar   əsgər  





Xəbər lenti