Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ oldu
  27 Dekabr 2020    Oxunub:1306
Bu gün Türkiyə ərazisində daha bir zəlzələ qeydə alınıb.
Azvision.az xəbər verir ki, Aralıq dənizinin Muğla şəhərinə yaxın bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri dənizdə 6,72 kilometr dərinlikdə yerləşib. Zəlzələnin təsiri barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu gün Türkiyənin Elazığ şəhərində də 5,3 bal gücündə zəlzələ olub.

Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti