Livanda suriyalı qaçqınların düşərgəsi yandırıldı

Livanda suriyalı qaçqınların düşərgəsi yandırıldı
  27 Dekabr 2020    Oxunub:1530
Livanın şimalında suriyalı qaçqınların məskunlaşdığı düşərgə yandırılıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Minye bölgəsində suriyalı qaçqınlarla yerli sakinlər arasında qarşıdurma yaşanıb. Tərəflərdən biri odlu silahdan istifadə edib, nəticədə 3 nəfər yaralanıb.

Bir müddət sonra naməlum şəxslər qaçqın düşərgəsini yandırıblar. Yanğının görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Hökumət hələ hadisə ilə bağlı açıqlama verməyib.

Rəsmi məlumat görə, hazırda Livanda 1,5 milyona yaxın suriyalı qaçqın yaşayır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Livan   Suriya   qaçqın  





Xəbər lenti