“Çin vaksini virusa qarşı yetərincə təsirlidir” - Uğur Şahin

   “Çin vaksini virusa qarşı yetərincə təsirlidir” -    Uğur Şahin
  27 Dekabr 2020    Oxunub:1919
Çin vaksini (“Sinovac” - red) infeksiyaya qarşı yetərincə təsirlidir.
Azvision.az xəbər verir ki, bunu “Pfizer/BioNtech” peyvəndinin ixtiraçısı, türk əsilli professor Uğur Şahin deyib.

"Çin və başqa ölkənin istehsalı olan peyvəndlər narahatlıq yaratmasın. Çinlilər vaksin üzərində uzun zaman işləyib, klinik sınaqlardan uğurla keçiriblər. Bu vaxta qədər hazırlanan vaksinlər virusa qarşı yaxşı təsirdədir", - deyə professor bildirib.

Qeyd edək ki, “Sinovac” vaksini Çində fəaliyyət göstərən dünyaca məşhur “Sinovac Biotech” dərman şirkəti tərəfindən istehsal olunub.

Azvision.az


Teqlər: Vaksin  





Xəbər lenti