“WhatsApp” yeni ildən bəzi telefonlarda işləməyəcək

 “WhatsApp” yeni ildən bəzi telefonlarda işləməyəcək
  27 Dekabr 2020    Oxunub:3428
Gələn ilin yanvar ayının 1-dən etibarən “WhatsApp” messenceri köhnə smartfonlarda işləməyəcək.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, tətbiq bəzi cihazlarla uyğunluğunu dayandıracaq. Buna iOS 9, Android 4.0.3-dək yenilənməyən mobil cihazlar, həmçinin “iPhone 4” və daha əvvəlki versiyalar daxildir.
Məlumata görə, “WhatsApp” messencerinin “iPhone 4S”, “iPhone 5”, “iPhone 5S”, “iPhone 5C”, “iPhone 6” və “iPhone 6S” versiyalarında işləyə bilməsi üçün əməliyyat sisteminin iOS 9-a yenilənməsi lazımdır.

İstifadəçilərə vacib məlumatların itirilməməsi üçün yazışmaların ehtiyat nüsxəsini çıxarmaq tövsiyə olunub.

Azvision.az


Teqlər: “WhatsApp”  





Xəbər lenti