40 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcək

   40 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcək
  21 Dekabr 2020    Oxunub:1335
Gələn il 40 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcək./strong>
Azvision.az xəbər verir ki, bu barədə 2021-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunub.

Bildirilib ki, respublikanın 40 rayon və şəhərləri (Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri və Abşeron, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir və Tovuz rayonları) ilə yanaşı Xızı və Qobustan rayonları da 2021-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edəcəklər.

Azvision.az


Teqlər: Büdcə   Rayon   Şəhər  





Xəbər lenti