Azərbaycan gələn il 2,2 milyard borc qaytaracaq

   Azərbaycan gələn il 2,2 milyard borc qaytaracaq
  21 Dekabr 2020    Oxunub:1399
2021-ci ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı 2 198,755 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə 2021-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunub.

Belə ki, həmin vəsaitin 2 031,668 milyon manat xarici dövlət borcu ( o cümlədən 466,27 milyon manatı faiz ödənişləri), 167,087 milyon manatı isə daxili dövlət borcu (o cümlədən 160,176 milyon manatı faiz ödənişləri) üçün nəzərdə tutulub.

Azvision.az


Teqlər: Büdcə   Borc   Vəsait  





Xəbər lenti