İcmal büdcənin kəsiri 8%-ə yaxın azalıb

İcmal büdcənin kəsiri 8%-ə yaxın azalıb
  21 Dekabr 2020    Oxunub:1222
2021-ci il icmal büdcəsinin gəlirləri 23 mlrd 828,1 mln manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 mlrd 465,1 mln manat və ya 6,6 % çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

İcmal büdcənin xərcləri 31 mlrd 163,4 mln manat olacaqdır ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və ya 2,8 % çoxdur.

Gələn ilin icmal büdcəsinin kəsiri 7 mlrd 335,3 mln manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və ya 7,7 % azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 %-nə bərabər olacaqdır ki, bu da 2020-ci illə müqayisədə 1,4 % bəndi azdır.

Azvision.az


Teqlər: Büdcə  





Xəbər lenti