Mikayıl Cabbarov Rusiya səfirilə danışıqlar apardı

Mikayıl Cabbarov Rusiya səfirilə danışıqlar apardı
  21 Dekabr 2020    Oxunub:1486
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan və Rusiyanın dost və qonşu ölkələr, strateji tərəfdaşlar olduğunu qeyd edən iqtisadiyyat naziri vurğulayıb ki, ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı yüksək etimad və dostluq münasibətləridir.

M.Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq Rusiyanın münaqişənin həlli üçün göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Azərbaycan iqtisadiyyatı 5% artıb
İqtisadiyyat naziri Rusiyanın əsas ticarət tərəfdaşlarımızdan və qeyri-neft ixracında ilk yerdə olduğunu, kənd təsərrüfatı, sənaye, nəqliyyat-tranzit, investisiya, turizm və sair sahələrdə uğurlu əməkdaşlığı, əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edib.

Səfir M.Boçarnikov ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəsini vurğulayıb, iqtisadi tərəfdaşlığın genişləndirilmısi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan İnvestisiya Holdinqi ilə əməkdaşlıq perspektivləri, həmçinin azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə Rusiya şirkətlərinin iştirakına dair müzakirələr, növbəti Azərbaycan-Rusiya Regionlararası Forumunun təşkili barədə fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında son vaxtlarda ortaya çıxan bəzi çətinliklərin aradan qaldırılması yollarını müzakirə ediblər.

Azvision.az


Teqlər: İqtisadiyyat   Nazir   Səfir   Görüş  





Xəbər lenti