Neft qiymətləri bahalaşıb

Neft qiymətləri bahalaşıb
  19 Dekabr 2020    Oxunub:1781
Dünya birjalarında neft qiymətləri bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,76 dollar artaraq 52,26 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,74 dollar bahalaşaraq 49,10 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar artaraq 52,79 dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti