Səhmdar cəmiyyətindən
Azvision.az -a verilən məlumata görə, komissiya “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılıb. Onun Azərbaycan tərəfindən həmsədri, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"nın sədr müavini Zakir Quliyevdir. İclasda səhmdar cəmiyyətinin şöbə müdirləri Əjdər Cavadov və Elxan Hüseyinov və komissiyanın üzvləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Anar Hüseynzadə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Arzu Nağıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Asif Verdiyev və Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Faiq Vəliyev iştirak ediblər.
Videokonfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, iki ölkə arasında operativ su ehtiyatlarının bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb.
Azvision.az