Fermerlərə 246 milyon manat subsidiya ödənilib

Fermerlərə 246 milyon manat subsidiya ödənilib
  17 Dekabr 2020    Oxunub:1582
Subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən müraciətlərə əsasən verilməyə başlandığı 2020-ci il ərzində dövlət 407 298 fermerə 232 milyon 92 min manatdan artıq əkin subsidiyası ödəyib.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əkin subsidiyası 1.3 milyon hektara yaxın sahədə aparılmış payızlıq, yazlıq və çoxillik əkinlərə görə ödənilib. 38 fermer isə təkrar qarğıdalı əkininə görə 1 milyon 828 min manat subsidiya alıb.

Ötən müddət ərzində 37 807 fermerin Fermer Kartına 6 643 700 manat heyvan subsidiyası köçürülüb. Bu subsidiya fermerlərə süni mayalandırma yolu ilə əldə etdikləri 66 437 buzova görə verilib.

22 185 arıçı bəslədikləri arı ailələrinə görə 5 milyon manatdan çox subsidiya alıb.
4 955 kümçüyə 2.2 milyon manata yaxın barama subsidiyası ödənilib.
Pambıq, şəkər çuğunduru, quru və yaş tütün istehsal etmiş 19 min fermer məhsul subsidiyası üçün müraciət edib. Bu fermerlərə 34 milyon manat məhsul subsidiyası ayrılıb.

Toxum subsidiyası üçün müraciət edən toxumçular 75 min ton məhsul satdıqlarını bəyan ediblər. Onlara 5.5 milyon manat subsidiya məbləği hesablanıb.
Qeyd edək ki, hazırda 2020-ci ilin payızlaq əkinləri üzrə fermerlər əkin bəyanlarını EKTİS-ə daxil edirlər. Məhsul və toxum subsidiyaları üzrə ödənişlər davam edir. Subsidiya Şurası 2021-ci il üçün subsidiya əmsallarını və kvotaları təsdiqləyib.

Azvision.az



Teqlər: Fermer   Subsudiya  





Xəbər lenti