Xarici ticarət dövriyyəsi 20 milyard dollara çatır
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiyanın, 14,5 faizi Türkiyənin, 13,1 faizi Çinin, 6,5 faizi ABŞ-ın, 5,3 faizi Almaniyanın, 4 faizi Ukraynanın, hər biri 3,9 faiz olmaqla Fransa və İtaliyanın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 1,8 faizi Yaponiyanın, 1,7 faizi Koreya Respublikasının, 1,2 faizi Hindistanın, hər biri 1 faiz olmaqla Belarus və Polşanın, hər biri 0,9 faiz olmaqla Qazaxıstan və Niderlandın, hər biri 0,8 faiz olmaqla Türkmənistan, İspaniya və Vyetnamın, 13,8 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, bitki mənşəli məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxalın 64,2 faizini avtomobil, 19,9 faizini dəmir yolu, 11 faizini hava, 4,8 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
İxracın 31,7 faizini İtaliyaya, 19 faizini Türkiyəyə, 4,6 faizini Rusiyaya, 3,7 faizini Xorvatiyaya, 3,5 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla Çin, Hindistan və İsrailə, 3,3 faizini Gürcüstana, 2,7 faizini İspaniyaya, 2,6 faizini Ukraynaya, 2,4 faizini Tunisə, 1,9 faizini Almaniyaya, 1,8 faizini Çexiyaya, 1,4 faizini İsveçrəyə, hər biri 1,3 faiz olmaqla Belarus və Portuqaliyaya, 1,1 faizini Vyetnama, 0,9 faizini Avstriyaya, 6,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
On ayda ixracın 86,7 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib, 8 faizini avtomobil, 30 faizini dəmir yolu, 1,7 faizini hava, 0,6 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, bitki yağları, şəkər, alkoqollu və alkoqolsuz içkilərin payı üstün olub.
Azvision.az