Milli valyutada olan əmanətlər artdı

Milli valyutada olan əmanətlər artdı
  16 Dekabr 2020    Oxunub:1479
Mərkəzi Bankın məlumatına görə, noyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği oktyabr ayı ərzində 36 milyon manat artaraq 7 milyard 870,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əmanətlərin 53 faizi xarici, 47 faizi isə milli valyutada qoyulub. Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2,01 (1,93) manata, 100 türk lirəsinə 21,34 (24,69) manata, 100 rus rubluna 2,21 (2,37) manata bərabər olub.

Azvision.az


Teqlər: Əmanət   Bank  





Xəbər lenti