“Azərpoçt” Ani Ödənişlər Sisteminə inteqrasiya olundu

“Azərpoçt” Ani Ödənişlər Sisteminə inteqrasiya olundu
  15 Dekabr 2020    Oxunub:1820
Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) bu il oktyabrın 1-də istismara verdiyi Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi davam etdirilir.
Azvision.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Yelo Bank” ASC, “Access Bank” QSB, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC yeni infrastruktura inteqrasiya olunub. Beləliklə bu qurumların müştəriləri də digər iştirakçıların müştəriləri olan fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanı əldə ediblər.

Hazırda 17 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” ÖS platformasına inteqrasiya olunub. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.

Azvision.az


Teqlər: Azərpoçt   Ani   Ödəniş  





Xəbər lenti