Naxçıvanda orta aylıq əməkhaqqı 19% artıb

Naxçıvanda orta aylıq əməkhaqqı 19% artıb
  14 Dekabr 2020    Oxunub:1060
Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 529,8 manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 19,2% çoxdur.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

Azvision.az


Teqlər: Naxçıvan   Əmək-haqqı  





Xəbər lenti