Naxçıvanda operativ vergi nəzarəti tədbirləri davam etdirilir

Naxçıvanda operativ vergi nəzarəti tədbirləri davam etdirilir
  14 Dekabr 2020    Oxunub:929
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən noyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 12 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.
Azvision.az xəbər verir ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergiödəyicisində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 1 vergiödəyicisində pul vəsaitlərinin uçotdan gizlədilməsi və 10 vergiödəyicisində isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar edilib və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti