Rusiya MN-dən atəşkəs açıqlaması

Rusiya MN-dən atəşkəs açıqlaması
  13 Dekabr 2020    Oxunub:1953
Dağlıq Qarabağda bütün təmas xəttində atəşkəs müşahidə olunur. Yalnız dekabrın 11-də Hadrut bölgəsində bir qayda pozuntusu qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

"Atəşkəs bütün təmas xəttində müşahidə olunur. Dekabrın 11-də Hadrut bölgəsində atəşkəsin bir dəfə pozulması qeydə alınıb. Rus sülhməramlılarının fəaliyyəti vəziyyətin daha da gərginləşməsinin qarşısını alıb", - deyə Rusiya MN bəyan edib.

Azvision.az


Teqlər: Hadrut   Azərbaycan  





Xəbər lenti